525.Az

Ankarada TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib


 

Ankarada TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib<b style="color:red"></b> Türkdilli ölkələrin mədəniyyət təşkilatı olan TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ilə bağlı Türkiyə paytaxtında tədbirlər keçirilib.

525.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, türkdilli ölkələrin 6 nazirinin, o cümlədən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Ankaradakı baş qərargahında Daimi Komitənin 31-ci toplantısı keçirilib. Toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs etmişlər. Türkdilli ölkələrin nazirləri, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edilib.

Sonra Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul etmişdir. Qardaş ölkənin dövlət başçısı yubiley münasibətilə TÜRKSOY-a üzv ölkələrin nümayəndələrini təbrik etmiş, təşkilata gələcək fəaliyyətində uğurlar diləyib.
 
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Prezident Abdullah Gülə yubiley medalı təqdim edib.
Türkiyə Prezidenti simfonik orkestrinin konsert zalında TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş konsert olmuşdur. Konsertdə türk dünyasının incəsənət ustaları iştirak edib.
 





03.10.2013    çap et  çap et