525.Az

Tanınmış alim Mina Quliyeva ilə bağlı sərgi


 

Tanınmış alim Mina Quliyeva ilə bağlı sərgi <b style="color:red"></b>

Mayın 29-da Milli Kitabxanada fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, alim Mina Əliqulu qızı Quliyevanın Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablarından və dövri mətbuatda çap edilmiş elmi məqalələrindən ibarət "Mina Quliyeva" adlı sərgi açılıb.

Sərgidə tədqiqatçı alimin Azərbaycanda fransız dilinin, fransız dili tarixinin tədrisi və tədrisi metodikasının elmi-nəzəri problemlərini əhatə edən kitabları, orta və ali məktəblər üçün dərslikləri, redaktoru olduğu Fransız-Azərbaycan və Azərbaycan-Fransız dili lüğətləri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





31.05.2019    çap et  çap et