525.Az

Xoreoqrafiya Akademiyasında Respublika Günü sərgisi


 

Xoreoqrafiya Akademiyasında Respublika Günü sərgisi<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın İncəsənət fakültəsi və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə 28 May- Respublika Gününə həsr olunmuş  "Zəriflik" adlı fotoqrafika sərgisi açılıb.

Sərgidə akademiyanın professor-müəllim, tələbə-şagird heyəti, AFB-nin əməkdaşları Xalq rəssamları Ağəli İbrahimov və Xanlar Əhmədov iştirak ediblər. 

Tədbiri giriş sözü ilə BXA-nın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova açaraq sərgi haqqında məlumat verib.  Azərbaycan Fotoqraflar Birlyinin sədr müavini Rauf  Umud da çıxış edərək bildirib ki, bu sərginin əsas iştirakçıları  yenicə açılmış İncəsənət fakültəsinin  yeddi tələbəsi və  Azərbaycan Fotoqraflar Birliyinin əməkdaşlarıdır. Tələbələrlə keçirilən ustad dərslərindən sonra  əsas məqsəd akademiyanın həyatını çəkmək olub.

Tədbirdə sərgidə iştirak edən rəssam-fotoqraflar AFB tərəfindən sertifikatlar, Rəssamlar İttifaqı tərəfindən isə diplomlarla təltif olunublar.

Sonda sərgiyə baxış keçirilib. Bir-birindən rəngarəng  şəkillər gələnlərin marağına səbəb olub.

Qeyd edək ki, sərgidə 40-dan çox əsər nümayiş olunub.

 





31.05.2019    çap et  çap et