525.Az

Rumıniya mediası Nəsimi haqqında məqalə yaydı


 

Rumıniya mediası Nəsimi haqqında məqalə yaydı <b style="color:red"></b>

Rumıniyanın nüfuzlu Amosnews xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin "Nəsimi - Azərbaycanın böyük filosofu və şairi" sərlövhəli məqaləsini yayıb.

Məqalədə bildirilir ki, Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda tədbirlər keçirilir. Yazıda Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilir.

Qeyd olunur ki, Nəsiminin mənəvi və fəlsəfi ideyaları bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə səsləyir, ədalətsizliyə qarşı mübarizə aparır. Şairin əsərlərinin Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayıldığı, sadəcə Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyi və əlyazmalarının dünyanın bir sıra kitabxanalarında saxlanıldığı nəzərə çatdırılır.

 





31.05.2019    çap et  çap et