525.Az

İradənin 9 yaşlı qızının makiyajı müzakirələrə səbəb oldu


 

İradənin 9 yaşlı qızının makiyajı müzakirələrə səbəb oldu<b style="color:red"></b>

Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun və qızı İpəyin fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin 9 yaşlı qızı İpəyin hədsiz makiyaj etməsi müzakirələrə səbəb olub. İzləyicilər kiçik qızın bu qədər makiyaj etməsini düzgün saymadıqlarını vurğulayıblar.

İradə paylaşımına qızının atası ilə münasibətindən yazıb. O bildirib ki, övladları ilə həyat yoldaşından daha sərt davranır:

"Çox sevirəm "ata qız" dostluqların. Onların münasibətləri fərqlidir. Hər zaman "Ana-atadan dost olmaz" deyirəm və buna inanıram. Uşaqlarımla dost ola biləcək bir ana deyiləm və "Rəfiqən deyil, ananam" deyib, altına xətt çəkirəm. Biz həyat yoldaşı və ata-ana olaraq fərqliyik. Ayrı tərəflərimiz var. Ruh əkizim deyil. Amma prinsiplərimiz eynidir. Gördüyüm qədəri ilə atamız azad ruhlarını incitməmək şərti ilə bu həyatda yanlarında addımlamaq vəzifəsini üstünə aldı, mən isə hər zaman zəhlə tökən, evin qayda-qanunlarını xatırladan vəzifəsindəyəm".

Sənətçi ona ünvanlanan "Sözləriniz gözəldir, amma bu yaşda belə makiyaj nəyə lazımdır?" kimi suallara "Vücudları cavabı qəbul etmir, ən yaxşısı təmizlikdir. Qüsur axtarmamalıyıq. Gözün üstündə niyə qaş var deməyəcəyik" cavabını verib.

 





02.06.2019    çap et  çap et