525.Az

Heydər Əliyev Mərkəzinin parkında Aygün Kazımovanın konserti oldu


 

Heydər Əliyev Mərkəzinin parkında Aygün Kazımovanın konserti oldu<b style="color:red"></b>

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib. O, “Aygün şou” adlı proqramda sevilən mahnılarını təqdim edib.

AzərTAc xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən proqramda məşhur müğənni səhnəni, həmçinin balacalarla bölüşüb.

Bu günə xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.

Müğənninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouya yeni çalarlar qatıb.

Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən şou parkda dincələnlərin - uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.

 





03.06.2019    çap et  çap et