525.Az

Azərbaycanlı rejissorun filmi İspaniyada mükafat aldı


 

Azərbaycanlı rejissorun filmi İspaniyada mükafat aldı <b style="color:red"></b>

İspaniyanın Valensiya şəhərində keçirilən 19-cu "Radio City" beynəlxalq qısametrajlı film festivalında Azərbaycanı Ramil Muradovun "Dekorator"  filmi təmsil edib.

ONA-nın məlumatına görə, film strateji yaradıcı intelektual yanaşma göstərdiyi üçün "Entopiya" nominasiyası üzrə qalib olub.

"Dekorator" filmi gənc Ramil Muradovun ilk ekran işidir.

"Dekorator"da fərqli xarakterlər öz nəzər nöqtələri, mövqeləri uğrunda mübarizə aparırlar.

Filmdə gənclərlə yanaşı, tanınmış aktyorlar da çəkilib.

 





03.06.2019    çap et  çap et