525.Az

Vaqif Səmədoğlunun xatirəsi anılacaq


 

Vaqif Səmədoğlunun xatirəsi anılacaq<b style="color:red"></b>

İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

ONA-nın məlumatına görə, tədbir Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

Gecədə şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatın inkişafındakı xidmətləri vurğulanacaq.

Tədbir çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı da təqdim olunacaq.

 





03.06.2019    çap et  çap et