525.Az

"Yaşa, ürəyin necə istəyir..." - Xalq şairi Fikrət Qocadan iki şeir


 

"Yaşa, ürəyin necə istəyir..." - <b style="color:red">Xalq şairi Fikrət Qocadan iki şeir </b>

MƏNİM BİR SUALIM VAR

Zaman hara qaçır, niyə darıxır,
Yer sağa fırlanır, su sola axır,
O, hansı sevgidən yer kürəsini
Barmağı ucunda fırlayır, baxır,
Bütün kainatı məntiqlə qurur,
Axırda hər şeyi yandırır, yaxır?
Unudub, yenidən başlamaq üçün???
Onsuz da yenidən başlayır hər gün!
Haçan çözüləcək bu qəliz düyün?

31.05.2019

YAŞA, ÜRƏYİN NECƏ İSTƏYİR...

Bahar çağı
Gözəl lalə idin
Bitdin taxıl zəmisində
Yeyilmədin,
Öyülmədin,
Geyilmədin...
Nə olsun boynun, boğazın,
Ədan, nazın
Daş-qaşla bəzənib,
Brilyant da - daşdır - parıldayır!
Nə fərqi gözündə yaş parıldayır.
Boynunda - daş-qaş parıldayır,
Sən taxıl zəmisində alaq oldun.
Məhəbbət meydanında daş-qalaq oldun.
Bir oğlanın
Ürəyində yerin boş qaldı
Arxanca baxan bir gözün kökündə qış,
Kirpiyində yağış qaldı.

 





03.06.2019    çap et  çap et