525.Az

Mingəçevirdə yeni doğulmuş körpə öldü


 

Mingəçevirdə yeni doğulmuş körpə öldü<b style="color:red"></b>

Mingəçevirdə uşaq ölümü qeydə alınıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Yevlax rayonunun Xaldan qəsəbəsindən minik maşını ilə Mingəçevir xəstəxanasına gətirilən və ana olmağa hazırlaşan 1997-ci il təvəllüdlü Qarayeva Aytac Asif qızı birbaşa avtomobilin salonunda qız uşağı dünyaya gətirib. Ancaq həkimlərin bütün cəhdlərinə rəğmən yeni doğulmuş körpəni xilas etmək mümkün olmayıb.

Onun ölü vəziyyətdə doğulduğu və ya doğuşdan dərhal sonra öldüyü deyilir.

Qeyd edək ki, bu, gənc ananın ilk hamiləliyi olub.

 





04.06.2019    çap et  çap et