525.Az

Lukaşenko Obamanı təhqir etdi


 

BELARUS LİDERİ ABŞ PREZİDENTİNİ “QUL” ADLANDIRDI

Lukaşenko Obamanı təhqir etdi<b style="color:red"></b>

Belarus lideri Aleksandr Lukaşenko ABŞ prezidenti Barak Obamana təhqir edib.

525.az Rusiya mətbuatına istinadla xəbər verir ki, O, Qazaxıstanın 24KZ telekanalına müsahibəsində Amerikanın Suriyaya müdaxiləsi haqda danışarkən Obamanın ünvanına irqçi ifadələr işlədib.

Lukaşenko deyib ki, ötən əsrin ortalarında nasistlər də “dünyada normal durum” yaratmaq üçün anoloji müdaxilələr edib. Belarus prezidenti bu zaman deyib: “Ümumiyyətlə, Obama məni təəccübləndirir. Çox uzaq olmayan tarixdə qaradərililər Amerikada qul hesab olunurdular. Bu gün isə onlar açıq şəkildə bəyanatlar verirlər. Mən təsəvvürümə belə gətirməzdim ki, kasıb bir mühitdən çıxan birisi bu gün belə addımlar atar. Bu, yolverilməz və təhlükəlidir”.

ELNUR

 





04.10.2013    çap et  çap et