525.Az

“Soldan birinci küçə” təqdim edildi


 

“Soldan birinci küçə” təqdim edildi <b style="color:red"></b>

İyunun 1-də Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xəyalə Sevilin "Zirvə" Tədris Mərkəzinin "ZirvəKitab" layihəsi çərçivəsində çap olunan "Soldan birinci küçə" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

525.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açıb və Azərbaycan müasir ədəbi mühitindən bəhs edib, Milli Kitabxananın gənc yazarlara tədbirlərin keçirilməsində dəstək olmasını xüsusi vurğulayıb.

Şair Əkbər Qoşalı çıxışında Xəyalə Sevilin ədəbi gənclik cameəsində özünəməxsus yeri olduğunu qeyd edərək onun şeirlərinin bədii məziyyəti haqqında ətraflı danışıb.

Mərasim zamanı ədəbiyyat və ictimaiyyət nümayəndələrindən Nazim Əhmədli, Fərqanə Mehdiyeva, layihə rəhbəri, kitabın redaktoru İntiqam Yaşar, Emil Rasimoğlu, Tural Turan, Nurlan Vaqifoğlu, Xanım Aydın və digərləri çıxış edərək Xəyalə Sevilin şeirlərindən çıxış ediblər.

Tədbirdə tanınmış qələm adamları, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Sonda müəlllif oxucular üçün kitab imzalayıb.

 





04.06.2019    çap et  çap et