525.Az

Ləzə kəndində torpaq sürüşməsi


 

Ləzə kəndində torpaq sürüşməsi <b style="color:red"></b>

Bu gün axşam saatlarında Qusarın Ləzə kəndində torpaq sürüşməsi olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsinə böyük palçıq kütləsi kəndə doğru gəlməyə başlayıb.

Kənd sakini Mövlud Əzizovun APA-ya verdiyi məlumata görə, yerli təsərrüfata ziyan dəyib.

Hazırda hadisə yerində texnikalar işləyir.

Kənd sakinləri palçıq axınının evlərə doğru hərəkət etmək təhlükəsi olduğunu bildiriblər.

 





04.06.2019    çap et  çap et