525.Az

Vaqif Səmədoğlunun anadan olmasından 80 il ötür


 

Vaqif Səmədoğlunun anadan olmasından 80 il ötür<b style="color:red"></b>

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.

“Report”un məlumatına görə, şairin anadan olmasından 80 il ötür.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, Azərbaycan şairi Səməd Vurğunun ailəsində doğulub.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. 1968-1971-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında İncəsənət redaksiyasının müdiri vəzifəsində çalışıb.

1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 1992-1994-cü illərdə "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1998-ci ildə “Humay” mükafatının laureatı olub. 1999-cu ildə Xalq şairi fəxri adı ilə təltif olunub. 2000 və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə 2-ci və 3-cü çağırışlarda deputat seçilib. 2015-ci il yanvarın 28-də Bakı şəhərində vəfat edib.

 





05.06.2019    çap et  çap et