525.Az

“Fransa məhkəməsi Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı”


 

“Fransa məhkəməsi Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı”<b style="color:red"></b>

“Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmə cəhdləridir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında“Dostluq haqqında xartiya” imzalandığını söyləyən H. Babaoğlu bu faktın digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldüyünü qeyd edib:

“Dostluq haqqında xartiya”nın ləğv edilməsi üçün müvafiq qurumlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycanproblemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi. Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq əlbəttə, uğur hesab edilə bilər. Ancaq bu faktı başqa mühüm tərəfləri də var. Bu da onun yeni hüquqi presedent yaratmış olmasıdır . Məhkəmənin öz qərarını imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır. Bu, təkcə Fransada deyil, digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərəsə, presedent kimi qəbul edilə bilər”.

Millət vəkili deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırıb və belə məsələlərin yolverilməz olduğunu bildirib:

“Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”.

 





05.06.2019    çap et  çap et