525.Az

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında


 

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında <b style="color:red"></b>

İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət ediblər.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.

 





05.06.2019    çap et  çap et