525.Az

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı - Yenilənib


 

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı - <b style="color:red">Yenilənib </b>

İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.

Uşağın yaxınlarının APA-ya verdiyi məlumata görə, hazırda onun səhhəti qaydasındadır.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

*** 12:55

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.

İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

 





06.06.2019    çap et  çap et