525.Az

“Azərbaycan siyasi cəhətdən sabit və möhtəşəm investisiya mühiti olan ölkədir"


 

“Azərbaycan siyasi cəhətdən sabit və möhtəşəm investisiya mühiti olan ölkədir"<b style="color:red"></b>

"LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır".

Bunu APA-nın Rusiya bürosuna müsahibəsində LUKOIL şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.

O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib:

“Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq”.

LUKOIL prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb:

“Biz hazırda SOCAR-la “Ümid və “Babək” yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”. 

V. Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib:

“Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL “SOCAR Türkiyə”nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır”.

 





06.06.2019    çap et  çap et