525.Az

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərdi


 

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərdi <b style="color:red"></b>

Azərbaycan Dövlət Pantomima Teatrı balacalar üçün "Fəlakət və İnsan"nı növbəti dəfə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu əsər əsasında səhnələşdirilmiş eyniadlı tamaşa maarifləndirici xarakter daşıyır.

Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim edilən tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərir.

Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi Kürdəmirdə qeyd edilib

iyunun 4-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında  müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq, Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolundan, ölkəyə rəhbərlik etdiyi dövrdə xalq üçün gördüyü titanik işlərdən danışaraq, məhz onun  gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmasından bəhs edib.

Yazıçı-publisist Əlisəfa Azayev son onilliklər ərzində ölkəmizin qət etdiyi çətin, lakin şərəfli yolun Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində tarixi həqiqətə çevrilməsindən danışıb.

Sor-sor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov Heydər Əliyev  tərəfindən əsası qoyulan islahatlar, yeni neft istrategiyası, balanslaşdırılmış xarici siyasət konsepsiyası, ölkənin iqtisadi zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanması və daha da gücləndirilməsi xəttinin davam etdirilməsindən bəhs edib.

Muzeyin əməkdaşı, publisist Tofiq Abdullayev və YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli çıxışlarında Ümummilli liderin siyasətinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən ləyaqətlə, müvəffəqiyyətlə inkişaf  və davam etdirilməsindən danışıblar.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən məqamları əks etdirən video və foto çarxlar nümayiş etdirilib, ona həsr olunmuş mahnılar səsləndirilib. Ümummilli lider haqqında şeirləri böyük həvəslə söyləyən şagirdlərdən şəhər 1saylı tam orta məktəbin şagirdi Təranə Heydərova, 3 saylı tam orta məktəbin şagirdləri Toğrul Məmmədəliyev, Həcər Rəhimova, Zəhra Abdullayeva, Atakişili kənd tam orta məktəbin şagirdləri Sona Əliyeva, Böyükxanım İbrahimova, Natavan Kərimovanın  ifaları alqışlarla qarşılanıb.

 





06.06.2019    çap et  çap et