525.Az

Peskov: "Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ müzakirəsi olmayıb"


 

Peskov: "Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ müzakirəsi olmayıb"<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ötən gün keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb.

APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

O bildirib ki, görüşün əsas müzakirə mövzusu ikitərəfli münasibətlər olub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş ötən gün Sankt-Peterburqda keçirilib.

 





07.06.2019    çap et  çap et