525.Az

Gənc yazarların kitabı çap olunacaq


 

Gənc yazarların kitabı çap olunacaq<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Pərviz Əzimovun təqdimatında layihənin icrasına start verilib.

Layihə çərçivəsində indiyə qədər kitabları çap olunmayan yazarların hekayələrindən ibarət kitab çap olunacaq.

Kitabda öz hekayələrini görmək istəyən gənc yazarlar aşağıdakı elektron poçt ünvanına heç yerdə çap olunmayan hekayələrini göndərə bilərlər.

Hekayələrin son qəbul tarixi 20 oktyabr 2013-cü ildir.

Hər yazar kitabda çap olunmaq üçün yalnız 1 hekayəsini göndərə bilər.

Qeyd: Layihənin nəşriyyat tərəfdaşı “Zero” Nəşriyyatıdır

e-mail: [email protected]

Tel: 0503757613

 





04.10.2013    çap et  çap et