525.Az

Zabelin: “Fuad Abbasovu deportasiya edirlərsə...”


 

Zabelin: “Fuad Abbasovu deportasiya edirlərsə...”<b style="color:red"></b>

“Fuad Abbasovla bağlı Rusiyanın aidiyyəti orqanlarına müraciət etməmişəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin deyib.

M. Zabelin bildirib ki, F.Abbasovun jurnalist fəaliyyətinə yaxşı bələd deyil:

“O, çox aktiv olub, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarını müdafiə edib. Fuad Abbasovu bir dəfə Moskvada, konfransda görmüşəm. Onun Azərbaycanla bağlı çıxışını bəyəndim”.

M. Zabelin F. Abbasovla bağlı hadisələrdə rəsmi olaraq nələrin baş verdiyindən xəbərsiz olduğunu deyib: 

“Axı onu mühakimə etməyiblər, deportasiya edirlər. Onun deportasiya edilməsinin səbəbləri araşdırılmalıdır. Əgər onu deportasiya edirlərsə, demək ki, o qanunları pozub”.

 





07.06.2019    çap et  çap et