525.Az

İraqın neft naziri: “OPEC+ ölkələri kvotanı sərtləşdirməlidir”


 

İraqın neft naziri: “OPEC+ ölkələri kvotanı sərtləşdirməlidir”<b style="color:red"></b>

OPEC+ ölkələri neft hasilatının azaldılması sazişini uzatmalıdır. Neft hasilatının artırılması barədə isə düşünmək belə lazım deyil.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Tamer əl-Qadban Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə bildirib:

“Hasilatın məhdudlaşdırılmasının uzadılması OPEC+ ölkələri üçün daha böyük ehtimaldır. Buna səbəb isə qeyri-müəyyənlik, ehtiyatların artması, ticarət müharibəsi və ABŞ-da hasilatın artmasıdır.

Düşünürəm ki, azaldılma ilə bağlı saziş ən azı altı ay müddətinə uzadılacaq. Bazardakı son dəyişikliklər göstərir ki, biz tezliklə azaldılmanı sürətləndirməliyik”.

 





07.06.2019    çap et  çap et