525.Az

"Gürcüstan Azərbaycanla birgə mühüm işlər həyata keçirir"


 

"Gürcüstan Azərbaycanla birgə mühüm işlər həyata keçirir"<b style="color:red"></b>

“Gürcüstan Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanla birgə əhəmiyyətli işlər həyata keçirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava parlamentin İqtisadi siyasət komitəsində dinləmələr zamanı bildirib.

Nazir deyib ki, diversifikasiya və digər təbii qaz mənbələri ilə bağlı da işlər həyata keçirilir:

“Söhbət Türkmənistan qazından gedir. Türkmənistan təbii qazın Avropa ölkələrinə çatdırılmasında maraqlıdır. Buna görə də biz bölgədə həyata keçirilən təbii qaz layihələrinin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atırıq”.

 





07.06.2019    çap et  çap et