525.Az

Rusiya İraqa silah satacaq


 

Rusiya İraqa silah satacaq<b style="color:red"></b>

Rusiya  İraqa 4,2 milyard dəyərində silah satacaq.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İraq müdafiə naziri Sadun Əl-Duleyminin aprel, iyul və avqust aylarında Moskvaya səfəri çərçivəsində prezident Vladimir Putinlə apardığı danışıqlarda 4,2 milyard dollarlıq hərbi alış müqaviləsinin imzalanması haqda razılığa gəliblər.

Rusiya mətbuatında dərc olunan informasiyalara görə, müqavilədə 2 milyard dollar dəyərində 30 ədəd Mi-28NE helikopterləri və 2,2 milyard dollar dəyərində 42 ədəd Pantsir-S1E zenit və mərmi müdafiəetmə sistemlərinin satışı da yer alıb.

Rusiyaya rəsmi səfər edən İraqın baş naziri Nuri el-Maliki isə mətbuata verdiyi açıqlamalarda bu müqavilənin onların Rusiya ilə bağladıqları ilk saziş olmadığını qeyd edərək, Rusiyanın dəstəyinə böyük ehtiyacları olduğunu söyləyib.

Nigar Məhərrəm

 





10.10.2012    çap et  çap et