525.Az

Çin rəhbəri Dostoyevskidən sitat gətirdi


 

Çin rəhbəri Dostoyevskidən sitat gətirdi <b style="color:red"></b>

Çin rəhbəri Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı rus yazıçısı Fyodor Dostoyevskidən sitat gətirib.

Trend-in məlumatına görə, çinli lider ətraf mühitin mühafizəsinə diqqət çəkib.

O çıxışı zamanı yazıçının "İdiot" əsərindən fikir səsləndirib:

"İnsanla təbiətin ahəng təşkil edəcəyi daha gözəl dünyanın qurulması üçün "yaşıl" inkişafı dəstəkləmək lazımdır. Rusiyalı yazıçı Dostoyevskinin dediyi kimi: "Gözəllik dünyanı xilas edəcək!"

Qeyd edək ki, iyunun 6-da başlayan Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 8-dək davam edəcək.

 





08.06.2019    çap et  çap et