525.Az

Bakıda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd


 

Bakıda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd <b style="color:red"></b>

Nəsimi Rayon DYPŞ-nin əməkdaşları rayon ərazisində qayda pozan 20-dən çox sürücü aşkarlayıb.

APA-nın məlumatına görə, Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları Cavadxan küçəsində avtomobilində konstruktiv dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən, avtoxuliqanlıq edən sürücülərə qarşı reyd keçirib.

Dəyişikliklər əsasən, "Niva" markalı avtomobillərdə aşkar olunub. Bununla belə, bütün yol hərəkəti qaydalarını pozan bütün sürücülər inzbati məsuliyyətə cəlb edilib.

Keçirilən tədbir zamanı polisin qanuni "Saxla" əmrinə tabe olmayan avtomobil sahibinə də rast gəlinib.

Nəsimi rayon DYPŞ-nin baş inspektoru Nicat Hadıyev APA-ya verdiyi müsahibədə bildirib ki, təkcə bir gün ərzində 18 avtomobil cərimə meydançasına yerləşdirilib.

Həmin avtomobil sahiblərinin əksəriyyəti sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və avtomobillərdə konstruktiv dəyişikliklərə yol verdiyinə polis tərəfindən saxlanılıb.

Bu cür tədbirlər Nəsimi Rayon DYPŞ tərəfindən davam etdiriləcək.

 





08.06.2019    çap et  çap et