525.Az

Ədliyyə naziri Gəncədə, müavinləri Samux və Göygöldə vətəndaşlarla görüşəcəklər


 

Ədliyyə naziri Gəncədə, müavinləri Samux və Göygöldə vətəndaşlarla görüşəcəklər<b style="color:red"></b>

Ədliyyə naziri Fikrət Məmmədov iyunun 14-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov iyunun 12-də Samuxda, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə iyunun 13-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Qəbullara vətəndaşlar Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və "[email protected]" elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin bölgələrdə keçiriləcək qəbullarına elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

C.ABASOV

 





09.06.2019    çap et  çap et