525.Az

Binəqədidə əmək hüquqlarına dair maarifləndirmə tədbiri


 

Binəqədidə əmək hüquqlarına dair maarifləndirmə tədbiri <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Binəqədi rayonunda əmək hüquqlarına dair maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən verilən məlumata görə, 18 iyun - İnsan Hüquqları günü ilə əlaqədar elan olunmuş "İnsan Hüquqları Aylığı" (18 may-18 iyun) çərçivəsində keçirilən tədbir "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" mövzusuna həsr edilib.

Tədbirdə Binəqədi və Abşeron rayonunda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı müəssisələrdə çalışan işçilər iştirak ediblər.

Əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə iştirakçılara məlumatlar verilib, onların sualları cavablandırılıb. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub. Bildirilib ki, işçilərin qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən də istifadə etmək hüququ var.

Həmçinin, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

C.ABASOV

 





09.06.2019    çap et  çap et