525.Az

"Kardeş kalemler"in yeni sayı


 

"Kardeş kalemler"in yeni sayı<b style="color:red"></b>

Bugünlərdə Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin növbəti buraxılışı işıq üzü görüb.

Dərgi türkiyəli şair Tayyib Atmacanın şeirləri ilə başlayır. Daha sonra Türkiyəni dərgidə Ömər Qarabayır "Göy qübbənin hayqırışı" hekayəsi, Feyza Tuğçə Fırat və Rəcəb Şükrü Güngör məqalələri ilə təmsil edirlər.

Bu sayda Kosovodan Zeynəl Beksaçın, Başqırdıstandan Tənzilə Devlərberdinanın şeirləri, Tatarıstandan isə Çulpan Zaripova Çətinin məqaləsi yer alıb.

Dərginin Azərbaycan bölməsində Məmməd İsmayıl şair Afaq Şıxlıdan "Şeir onun üçün qara sevdadır" deyə bəhs edir. Məqaləni xanım şairin şeirləri davam etdirir. Şeirləri Türkiyə türkcəsinə M.İsmayıl uyğunlaşdırıb. Gülafət Bayramovanın "O gecə" hekayəsi də Ülkü Taşlıovanın tərcüməsilə bu sayda çap olunub.

Batı Trakyaya aid bölmədə türkdilli oxucular Rəhmi Əlinin "Xatirələrlə yaşamaq" məqaləsi, Sevgül Zümrənin şeirlərini oxuyacaqlar.

Özbəkistana aid bölmədə Hüseyn Şəms "Albastı" (tərcümə Vəli Savaş Yelok), Uluğbəy Hamdam "Bir tas su" (tərcümə Məhmət İrgə) hekayələri, Babaxan Məhəmməd Şərif "Maqsud Şeyxzadə - şair, dramaturq, araşdırmaçı" məqaləsi var.

Esra Matyan "Payıma düşən", Mebruh Mirtoski "Əzrayılın dili", Mələk Adəm "Ödəv quşu", Yasər Halim "Kefka" hekayələri ilə Makedoniyadan qatılıblar.

Dərgi ənənəvi olaraq "Xəbər" rubrikasıyla tamamlanır. Bu rubrikada Türk dünyası mədəniyyət, ədəbiyyat aləmində baş verən son yeniliklərlə yanaşı, Hüseyn Cavidin "İblis" faciəsinin İstanbuldakı tamaşası haqqında da geniş reportaj yer alıb.

Şahanə MÜŞFİQ

 





09.06.2019    çap et  çap et