525.Az

Şəhid hərbçimiz dəfn edildi


 

Şəhid hərbçimiz dəfn edildi <b style="color:red"></b>

Bu gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu torpağa tapşırılıb.

"Report"un Qərb mərkəzi xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilat işçiləri, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər.

2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.

 





09.06.2019    çap et  çap et