525.Az

XİN-dən cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət


 

XİN-dən cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət <b style="color:red"></b>

Azərbaycan XİN cəbhə xəttində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olmasına münasibət bildirib.

APA nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir.

 





10.06.2019    çap et  çap et