525.Az

Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlandı


 

Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlandı <b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərində qədim Gəncə xanlığının tarixi bayrağının bərpa edilmiş nümunəsi Gəncə şəhərinə gətirilib.

APA-nın yerli bürosunun məlumatına görə, bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.

Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb.

Bayrağın yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb.

174x127 sm ölçüdə, dördkünc formada, ipək parçadan hazırlanmış Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən, Gəncə Tarix Diyarşünaslıq muzeyində saxlanılacaq.

 





10.06.2019    çap et  çap et