525.Az

Bərdədə mənşəyi məlum olmayan 180 kiloqram ət aşkarlandı


 

Bərdədə mənşəyi məlum olmayan 180 kiloqram ət aşkarlandı <b style="color:red"></b>

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, növbəti belə tədbir daxil olmuş məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib. Rayon sakini R.Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 180 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 





10.06.2019    çap et  çap et