525.Az

Nazir müavini: “Pulsuz kurslarımızda gənclərə CV yazmaq qaydalarını da başa salırıq”


 

Nazir müavini: “Pulsuz kurslarımızda gənclərə CV yazmaq qaydalarını da başa salırıq”<b style="color:red"></b>

"Bu gün məşğulluq siyasətində dövlətin öz strategiyası, dövlət proqramı var ki, bu sənəddə ölkə əhalisinin və ayrıca olaraq gənclərin məşğulluğu ilə bağlı maddələr öz əksini tapıb".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, gənclər siyasətini tənzimləyən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nda və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramlarında da gənclər arasında məşğulluq məsələsinin həlli və gənclərin sahibkarlıq fəaliyyətinin təşviq olunması öz əksini tapıb:
 
"Bunu Gənclər və İdman Nazirliyi olaraq aidiyyəti qurumlarla müxtəlif formatlarda həyata keçiririk. Aydın məsələdir ki, nazirliyin bilavasitə şirkəti, müəssisəsi yoxdur ki, insanları işlə təmin edək. Amma müxtəlif təlimlər, təcrübə kurslarının keçirilməsi üçün çalışırıq. Misal üçün, hər il aztəminatlı ailələrdən olan gənclər üçün kompüter bilikləri üzrə pulsuz kurslar təşkil edirik.
 
Növbəti mərhələdə gənclərin işlə təmin olunmasında bu bilgilərin əldə olunması müsbət təsir göstərir. Yaxud sahibkarlığa başlamaq istəyən gənclər üçün ilk addımların atılması üçün məlumat verilir. Adicə CV-nin yazılması başa salınır. Bəzən o da problem olur ki, gənc bu qaydaları, yaxud müraciət etdiyi şirkətin tələbinə özünü necə uyğunlaşdırmalı olduğunu bilmir. Ümumiyyətlə, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif layihələr və kifayət qədər iş yerləri, eyni zamanda işaxtaranlar var. Əgər vakansiya işaxtaranın biliklərinə cavab vermirsə, kurslar vasitəsilə biliyini təkmilləşdirə bilər. Bizim istəyimiz odur ki, mexanizm qurmaqla təklif olunan işlərlə gənci təmin edək".

 





10.06.2019    çap et  çap et