525.Az

İranda Xəzəryanı ölkələrin ticarət palata rəislərinin 18-ci iclası


 

İranda Xəzəryanı ölkələrin ticarət palata rəislərinin 18-ci iclası <b style="color:red"></b>

İranın ‎Mazandaran əyalətində Xəzəryanı ölkələrin ticarət palata sədrlərinin 18-ci iclası  keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, üzv ölkələrin ticarət və iqtisadi  potensialını araşdırmaq məqsədilə keçirilən iclas Babulsər şəhərində başlayıb. İki günlük iclas zamanı Xəzəryanı ölkələr arasında kənd təsərrüfatı, sənaye, turizm, beynəlxalq nəqliyyatın təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılacaq.

İclasda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan və İraqdan ticarət palata rəisləri və İspaniya Ticarət qrupu nümayəndələri iştirak edir.

İclasda Azərbaycan ticarət palatasının nümayəndəsi Vüqar Zeynalov çıxış edib və bildirib ki, ticarət palataları arasında əməkdaşlığın inkişafı Xəzəryanı ölkələr arasında iqtisadi əlaqələri daha da genişləndirəcək:

“İranın Urmiya, Təbriz,  Ərdəbil və Gülüstan əyalətlərinin ticarət palataları ilə müzakirələr aparılıb. Ümid edirik ki, gələcəkdə İran ticarət palatası ilə əməkdaşlığımız artacaq. Hazırda Azərbaycan ticarət palatası İranla birgə müştərək işlər görür. Azərbaycan Xəzəryanı ölkələrlə yenilənmiş İpək yolu layihəsi çərçivəsində əməkdaşlıq edir, bu yol şərq və qərb arasında məhsulların daşınması üçün böyük imkan yaradır”.

V.Zeynalov qeyd edib ki, Bakı limanının tikintisinin başa çatması ilə  Xəzəryanı ölkələr arasında əlaqələr  daha da inkişaf etdiriləcək.

 





10.06.2019    çap et  çap et