525.Az

Səfir: "Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir"


 

Səfir: "Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir"<b style="color:red"></b>

Azərbaycan ildən-ilə turizm üçün daha cəlbedici ölkəyə çevrilir və bunu Rusiyadan Azərbaycana artan turist axını təsdiq edir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, 2018-ci ildə Azərbaycan 900 minə yaxın rusiyalı turisti qəbul edib. Bu göstərici 2017-ci illə müqayisədə 5 faiz çox olub:

“Hesab edirəm ki, bu il rusiyalı turistlərin Azərbaycanda istirahətə marağı daha da artacaq”.

O əlavə edib ki, ölkələr dəniz turizminin inkişafında da maraqlıdır:

“Yaxın zamanlarda liman infrastrukturunun inkişafına və gəmilərin Xəzərin Rusiya ərazisinə çıxışına yönəlmiş hazırlıq işlərinin başlanması planlaşdırılır”.

 





11.06.2019    çap et  çap et