525.Az

Donald Tramp Sindzo Abe ilə KXDR-in nüvəsizləşdirilməsini müzakirə edəcək


 

Donald Tramp Sindzo Abe ilə KXDR-in nüvəsizləşdirilməsini müzakirə edəcək<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

O, qeyd edib ki, iki ölkənin rəsmisi görüşdə Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirilməsini müzakirə edəcək.

Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib ki, görüşdə Koreya Xalq Demokratik Respublikasının tam yoxlanıla bilən nüvəsizləşdirilməsinin əlaqələndirilməsi və Koreya Respublikası ilə üçtərəfli əməkdaşlıq müzakirə ediləcək.

Daha əvvəl KXDR lideri Kim Çen In ölkəni nüvəsizləşdirməyə hazır olduğunu bildirib.

 





11.06.2019    çap et  çap et