525.Az

Alimlərimizin elmi nailiyyətləri kommersiyalaşdırılacaq


 

Alimlərimizin elmi nailiyyətləri kommersiyalaşdırılacaq<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) inkubasiya mərkəzinə 2 startap rezident qəbul olunub.

Bunu "APA-Economics"ə YTP-nin direktoru Nazim Şükürov deyib.

Onun sözlərinə görə, Mərkəzə qəbul olan rezidentlərdən biri səhiyyə sahəsində informasiya sisteminin yaradılması, digəri isə neft qurğularında hasilat zamanı itkilərin azaldılması layihəsinin icrası ilə məşğuldurlar.

"Neft sahəsində icra olunacaq layihə alimlər tərəfindən hazırlanıb və artıq demək olar ki, müvəffəqiyyətlə tətbiq olunur. Müəyyən edilib ki, bu layihə tam olaraq şirkət qismində çıxış edə bilər", - deyə N. Şükürov qeyd edib.

 





11.06.2019    çap et  çap et