525.Az

"Nümayəndələr Palatasının qərarı Türkiyə-ABŞ münasibətlərinə ziddir"


 

"Nümayəndələr Palatasının qərarı Türkiyə-ABŞ münasibətlərinə ziddir"<b style="color:red"></b>

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasında ABŞ-Türkiyə ittifaqına dair qəbul edilən qərarla bağlı açıqlama yayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, açıqlama qeyd olunub ki, bu qərar Türkiyə-ABŞ arasındakı dostluq və müttəfiqlik münasibətlərinə ziddir.

“Dost və müttəfiq ölkələr arasında fikir ayrılıqlarının olması həmin ölkələrin daxili qanunlarına hörmətsizliklə nəticələnməməlidir. Vəziyyətdən çıxış yolunu hər zaman olduğu kimi dialoq və müzakirələrdə görürük. Bunun əvəzinə sanksiyalar tətbiq etmək hədəsi, bəhanələr yolu ilə müddət uzatmaq, qarşılıqlı etibara zərər vuracaq qərarlar qəbul edilə bilməz”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, iyunun 10-da ABŞ Nümayəndələr Palatasında qəbul edilən qərarda ABŞ-Türkiyə əlaqələrindən narahatlıq ifadə olunub. Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi tənqid edilib.

 





11.06.2019    çap et  çap et