525.Az

"Xətai" stansiyası avqustda istismara veriləcək


 

"Xətai" stansiyası avqustda istismara veriləcək<b style="color:red"></b>

“Xətai” metro stansiyasında eskalatorların quraşdırılması işləri tamamlanıb və hazırda sazlama işləri aparılır.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, bundan başqa stansiyada texniki qurğuların yönləndirilməsi sahəsində, həmçinin tikinti quraşdırma işlərində son tamamlama işləri aparılır.

"Stansiyanın yeni görkəmi ilə avqust ayında sərnişinlərin istismarına veriləcəyi planlaşdırılır", - deyə H. Məmmədov qeyd edib.

 





11.06.2019    çap et  çap et