525.Az

“İrəli” təmsilçiləri beynəlxalq layihədə


 

“İrəli” təmsilçiləri beynəlxalq layihədə<b style="color:red"></b>

Serbiyanın Novi-Sad şəhərində “Youth for Exchange and Understanding” beynəlxalq təşkilatının təşkilatçılığı və Avropa Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən uzunmüddətli layihənin 2-ci görüşü start götürüb.

“İrəli”dən verilən məlumata görə, layihədə “İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı və Beynəlxalq Əlaqələr üzrə katib Diana Seyidova iştirak edirlər.

Layihənin əsas məqsədi gənclərlə iş sahəsində, həmçinin, qeyri-formal təhsildə yeni metod və üsulların öyrənilməsi və üzv təşkilatlarda tətbiqinin təbliğ olunmasıdır.

Bildirilib ki, “İrəli” İctimai Birliyi yerli səviyyədə gənclərlə iş, qeyri-formal təhsil metodlarının inkişaf etdirməklə yanaşı, eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarına geniş yer ayırır.

Qeyd edək ki, layihə 3 beynəlxalq fəaliyyətdən ibarətdir. “Follow the Quality Youth Work Road” adlanan 1-ci mərhələ 12-19 aprel tarixlərində Belçikanın paytaxtı Bürüssel şəhərində keçirilib. Bu mərhələdə gənclər sahəsində çalışanlar qeyri-formal təhsilin keyfiyyətinin artırılması və gənclərin ümumi iş prosesi haqqında müzakirələr aparıblar.

Hazırda layihənin 2-ci mərhələsi davam edir. Sonuncu mərhələ isə 15-22 sentyabr tarixlərində İspaniyanın Mollina şəhərində Gənclər və İnkişaf üzrə Universitetdə (the University on Youth and Development) təşkil olunacaq.

C.ABASOV

 





11.06.2019    çap et  çap et