525.Az

Zelenski XİN rəhbərinin işdən azad olunması üçün yenidən parlamentə müraciət etdi


 

Zelenski XİN rəhbərinin işdən azad olunması üçün yenidən parlamentə müraciət etdi<b style="color:red"></b>

Ukrayna prezidenti Vladimir Zelenski xarici işlər naziri Pavlo Klimkinin işdən azad olunması ilə bağlı yenidən Ali Radaya müraciət edib.

APA-nın RİA Novosti-yə istindən verdiyi məlumata görə, bu barədə prezident administrasiyasının sədr müavini Ruslan Ryaboşapka brifinq zamanı deyib.

O bildirib ki, V.Zelenski prezident administrasiyası rəhbərinin müavini Vadim Pristaykonun bu posta təyin olunmasını istəyib.

Qeyd edək ki, V. Zelenski mayda Ukraynanın NATO yanında daimi nümayəndəsi V.Pristaykonu administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.

O, 2014-2017-ci illərdə Pavlo Klimkinin müavini olub.

 





11.06.2019    çap et  çap et