525.Az

Ukrayna prezidenti 15 vilayət qubernatorunu işdən azad etdi


 

Ukrayna prezidenti 15 vilayət qubernatorunu işdən azad etdi<b style="color:red"></b>

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayətin qubernatorunu işdən azad edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka açıqlayıb.

O bildirib ki, Çerniqov, Xmelnits, Xerson, Ternopol, Sum, Poltava, Odessa, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankov, Zaparojye, Zakarpatye və Volınsk vilayətlərinin rəhbərləri vəzifədən uzaqlaşdırılıblar.

Prezident həmçinin Ukrayna Təhlükəsizlik Xidmətində rəhbər vəzifəsini tutan bir sıra şəxsləri də işdən azad edib. Vəzifədən uzaqlaşdırılanlar arasında xidmətin rəis müavinləri Oleq Frolov və Vladislav Kosinski, həmçinin bir sıra regional idarələrin rəhbərlərinin adları da var. Onlar seçki kampaniyası zamanı qanuna zidd fəaliyyətlərdə ittiham olunurlar.

 





11.06.2019    çap et  çap et