525.Az

Gürcüstanla hərbi sahədə əməkdaşlıq planı imzalanacaq


 

Gürcüstanla hərbi sahədə əməkdaşlıq planı imzalanacaq<b style="color:red"></b>

Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycana səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdən sonra Gürcüstan və Azərbaycan arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanacaq. L.İzoria həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkitərəfli görüşlərdən sonra Gürcüstan-Azərbaycan-Türkiyə formatında nazirlərin üçtərəfli görüşü baş tutacaq. Görüşdə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün L.İzoria artıq Qəbələdədir.

 





11.06.2019    çap et  çap et