525.Az

Yeni logistika mərkəzləri yaradılacaq


 

Yeni logistika mərkəzləri yaradılacaq<b style="color:red"></b>

Gəncədə və "Qırmızı Körpü" gömrük postunda yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan tranzit yükdaşımaları üzrə Əlaqələndirmə Şurasının katibi Rüfət Bayramov Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.

O, Azərbaycanda mövcud logistika mərkəzlərinin vacibliyini vurğulayıb və əlavə edib ki, gələcəkdə bu mərkəzlərin sayı artırılacaq:

"Ölkədə hər regiona uyğun tranzit və logistika mərkəzləri yaradılacaq. Məsələn, Ələtdə artıq azad iqtisadi zona yaradılır".

 





12.06.2019    çap et  çap et