525.Az

Xələf Xələfov: "Gürcüstanla müəyyən fikir ayrılıqları var"


 

Xələf Xələfov: "Gürcüstanla müəyyən fikir ayrılıqları var"<b style="color:red"></b>

Gürcüstanla razılaşdırılmamış 13-ə qədər sahə var.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

"Razılaşdırılmayıb, ona görə ki, müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var, müxtəlif yanaşmalar var. Bunlar, əlbəttə ki, yaxınlaşdırılmalıdır, razılaşdırılmalıdır. Keşikçidağ da o razılaşdırılmamış sahələrə daxildir. Bilirsiniz ki, Sovetlər dövründə bütün respublikalar arasında inzibati sərhədlər var idi. İnzibati sərhədlərdə ölkələrin yaşayışını, bütün fəaliyyətini təmin edən sərhədlər var idi və hər kəs sərhədlərini bilirdi. Lakin Sovet İttifaqı dağılandan sonra inzibati sərhədlər başqa status aldı. İndiki dönəmdə isə ölkələr sərhədlərin müəyyən edilməsinə dair sənəd imzalayır. Bunu da imzalamaq üçün komissiya hər bir sahəni razılaşdırmalıdır", - deyə X.Xələfov bildirib.

 





12.06.2019    çap et  çap et