525.Az

"ABŞ tezliklə Gürcüstanda liman tikintisinin başa çatdırılacağına ümid edir"


 

"ABŞ tezliklə Gürcüstanda liman tikintisinin başa çatdırılacağına ümid edir"<b style="color:red"></b>

Gürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə ikitərəfli strateji əlaqələrin inkişafı, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, turizm, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiyası istiqamətində müzakirələrin aparıldığı bildirilir.

M.Pompeo görüşdə qeyd edib ki, ABŞ tezliklə Gürcüstanda yeni limanın tikintisinin başa çatdırılacağına ümidvardır

“Bu layihə Gürcüstanda azad iqtisadiyyatı inkişaf etdirəcək və onu xarici iqtisadi təsirlərdən qoruyacaq”, - deyə M.Pompeo bildirib.

M.Baxtadze daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Baltonla da görüş keçirəcək.

 





12.06.2019    çap et  çap et