525.Az

"Məmməd Arif - 115" kitab sərgisi açılıb


 

"Məmməd Arif - 115" kitab sərgisi açılıb<b style="color:red"></b>

İyunun 9-da Milli Kitabxanada  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, tənqidçi, pedaqoq, nasir, tərcüməçi, Əməkdar elm xadimi, akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin 115 illiyi münasibətilə "Məmməd Arif-115" adlı kitab sərgisi təşkil edilib.

Burada akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı, tərcümə etdiyi kitablar və akademik haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





12.06.2019    çap et  çap et