525.Az

Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq


 

Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq<b style="color:red"></b>

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan yaradıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub. Bildirilib ki, sərəncamın icrası işləri çərçivəsində 5 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində həmin kateqoriyadan olan şəxslər stasionar şəkildə xidmətlərlə təmin edilirlər. Həmçinin, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan tənha ahıllara evlərində sosial-məişət xidməti göstərilir. Yeni günərzi mərkəzlərində isə tənha ahıllara yarımstasionar şəkildə sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə işlər aparılacaq.

CEYHUN

 





12.06.2019    çap et  çap et